Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, evlərdə istifadə edilən təbii qazın 75 faizi, elektrik enerjisinin isə 50 faizi istehlakçılara subsidiya tətbiq edilməklə erilir.
Hafta.az-ın yazdığına görə, dölət başçısı qeyd edib ki, indiki bahalaşmanın təsirindən xalqı qorumaq üçün, məsələn, 100 lirəlik təbii qaz fakturası vətəndaşlara 25 lirə yazılaraq göndərilir. Yəni qalan 75 faizi dövlət tərəfindən ödənilir və bu elə formada edilir ki, insanlar nə olduğunu hiss eləmir. Prezident Ərdoğan bunun üçün büdcədən 100 milyard lirə ayrıldığını deyib.

Bu arada, qazpulunu ödənişini yüngülləşdirmək üçün xalqa dəstək verən bəzi Avropa ölkələri yaza qədər bu dəstəyi davam etdirəcəklər. Amma maraqlıdır ki, xərcinin çoxaldığını görən Almaniya kimi ən böyük Aropa subyekti öz vətəndaşlarına yalnız dekabr ayının təbii qaz borcunu ödəyəcəyini açıqlamaqla geri addım atıb.